Quba rayonunda 1 nəfər batıb. Bu barədə ShimalNews 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə İkinci Nügədi kəndində qeydə alınıb. Axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.