Qubanın icra başçısı Zərdabi qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 16 fevral tarixində İH-yə istinadən məlumat verir.
Qəbulda Ziyəddin Əliyev, rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Ziyəddin Əliyev məsul şəxslərə tapşırıqlar verib.