Qubada 8 Noyabr - Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Bu haqda ShimalNews 9 noyabr tarixində məlumat verir.
Tədbirdən öncə rayon Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub. Daha sonra mərasim B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində davam edib.
Sonra rayonumuzun və respublikamızın tanınmış incəsənət ifaçıları musiqi nömrələri ilə çıxışlar ediblər.
Axşam saatlarında Quba Meydanı mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.