Qubada “Zəfər fatehləri” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 8 noyabr tarixində Quba Gənclərinə istinadən məlumat verir.
Tədbirdə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Qazilər İkinci Qarabağ müharibəsində keçdikləri döyüş yolundan, müharibə xatirələrindən söz açıblar.
Daha sonra gənclər tərəfindən müxtəlif şeirlər səsləndirilib, milli rəqs nümunələri təqdim olunub.
Tədbir GİKM-in Quba nümayəndəliyinin, Quba Heydər Əliyev Mərkəzinin və “Vətən Naminə” İB-nin birgə əməkdaşlığı çərçivəsində keçirilib.