ADPU-nun Quba filialında “Yol ver türkün bayrağına!” adlı ədəbi-bədii gecə keçirilib. Bu barədə ShimalNews 6 dekabr tarixində universitetə istinadən məlumat verir.
İstiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir ADPU-nun, Quba RİH-nin və ADPU-nun Quba Filialının birgə təşkilatçılığı ilə baş tutub. Tələbələr şairin "Gəldim Gəncəyə", "Yuxuma gəlmişdin", "Yağış tökdü üstümüzə", "Susmaram" və digər şeirləri səsləndirilib, istiqlal şairi Əhməd Cavadın və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını özündə əks etdirən səhnəciklər, həyatından bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bədii hissədən sonra rəsmi hissə başlayıb. Burada tədbir iştirakçıları görülən işləri yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, tədbir haqqında düşüncələrini bölüşüblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib, tədbirdən sonra çay süfrəsi ətrafında müzakirələr davam etdirilib.