Quba Müalicə Diaqnostika Mərkəzində fəalliyət göstərən bəzi şöbələr köçürülür.
Shimal.News-un əldə etdiyi məlumata görə, həmin şöbələr Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) yerləşdiriləcək.
Artıq Ginekoloji və Travmatoloji şöbələr RMX-da çalışır. Sabah Acil, Reanimasiya və Cərrahiyə şöbələri köçürüldükdən sonra proses başa çatacaq. Vətəndaşlar dekabrın 16-da başlayaraq müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə Quba RMX-də fəaliyyət göstərən şöbələr Quba Müalicə Diaqnostika Mərkəzinə köçürülmüşdü.