Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.
Shimal.News xəbər verir ki, hadisə saat 12:00-da Quba rayonu Suxtakərə kəndinin girişində qeydə alınıb. “VAZ” və “KamAZ” markalı avtomobillər toqquşaraq yararsız vəziyyətə düşüblər.
Nəticədə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.