Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev şagirdlərlə görüş keçirib. Bu haqda ShimalNews 14 mart tarixində məlumat verir.
Əliyev "Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsində uğur qazanmış məktəblilərə fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edib. RTİ-nin müdiri yeniyetmələri növbəti müsabiqələr üçün motivasiya edib.
Müsabiqədə Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseyin 6-cı sinif şagirdi Cəfərov Arif 2-ci, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi İsayev Rəşad isə 3-cü yerə layiq görülüblər.