Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibənin növbəti mərhələsi başlayır. Bu haqda ShimalNews 2 dekabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Direktor müavinliyi üzrə 144 namizəddən 71 nəfər, direktorluq üzrə isə 42 namizəddən 29 nəfər müsabiqənin test mərhələsində uğur qazanıb. Həmin şəxslərin 5-20 dekabr tarixlərində Azad Məmmədov adına Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində müsahibədən keçirilməsi nəzərdə tutulub.
Testlərdən keçən namizədlərə SMS bildirişi göndərilib və onlar telefon vasitəsilə müsahibə mərhələsinə dəvət ediləcəklər.