Qubanın bəzi kəndlərinə qar yağıb. Bu barədə 1 oktyabr tarixində "AZƏRTAC" xəbər verib.
Xınalıq və Qırız kəndlərinə ilk qar gecə saatlarında yağmağa başlayıb və bununla əlaqədar temperatur aşağı düşüb. Qarın hündürlüyü Xınalıq kəndində 2, Qırızda isə 3 santimetrə çatır.
Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.
Daha öncə, Quba rayonunun dağlıq ərazilərinə qar yağmışdır.