Quba rayonunun dağlıq ərazilərinə qar yağıb. Bu barədə məlumat 27 sentyabr tarixində ShimalNews-a daxil olub.

Son günlər ərazidə qeyri-sabit hava şəraiti olub, bugün isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, son günlər düşən yağışın miqdarı: Qrız Qudyalçayda 26.0 mm, Vəlvələçay Təngəaltıda 20.0 mm, Nabranda 4.0 mm, Qusarda 3.0 mm, Qudyalçay Xınalıqda 2.0 mm, Xaçmazda 2.0 mm olub.