Qubada biçilmiş əkin sahəsi və kolluqlar yanıb. Bu barədə ShimalNews 19 iyul tarixində “Apa”ya istinadən məlumat verir.
İlkin məlumata görə, Vəlvələ kəndi ərazisində yerləşən transformatordan çıxan qığılcım yanğına səbəb olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Ətrafdakı bağ sahələri yanğından mühafizə olunub.
Fakt araşdırılır.