Bu gün şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılacaq. Bu barədə ShimalNews 14 mart tarixində məlumat verir.
Millət vəkili Vahid Əhmədov tərəfindən həyata keçiriləcək tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, dövlət qurumlarının nümayəndələri və din xadimləri iştirak edəcəklər.
İftar süfrəsi “Quba - Yay” şadlıq sarayında açılacaq.
Gündəlik iftar və imsak vaxtlarını “ShimalNews”da öyrənə bilərsiniz.