Qubada Gənc Rəssamlar Birliyinin üzvü ustad dərsi keçib. Bu haqda bu gün, 27 mart tarixində Shimal.news “Qusar Gəncləri”nə istinadən xəbər verir.
“Turizmdə yeni nəfəs” adlı layihə çərçivəsində gənclərə Quba və Qusar rayonlarının turizm imkanları haqqında məlumat verilib.
Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşlarının bölgələrdə yaşayan gənclər üçün təşkil etdikləri seminarın sonunda qrafikçi Abidova Fidan tərəfindən master klas təqdim edilib.