Aqrar Sığorta Quba filialının müdiri fermer və iş adamları ilə görüşüb. Bu barədə ShimalNews 17 fevral tarixində Aqrar Sığorta Fonduna istinadən məlumat verir.
Görüşlər Qusar rayonunun Kuxuroba, Kuzunqışlaq, Atlıxan, Quba rayonunun Hacıhüseynli kəndlərində baş tutub. Filial müdiri Azər Səfərov və əməkdaşları fermerlərə aqrar sığorta mexanizmi, onun şərtləri, gətirdiyi üstünlüklər barədə geniş məlumat veriblər. Onlar bildiriblər ki, hazırda aqrar sığorta vasitəsilə 41növ bitkini, iri və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür.
Görüşdə iştirak edən fermerlərin və yerli sakinlərin sığorta şərtləri, sığortalanma və ödəniş prosedurları barədə verdikləri bütün suallar ətraflı cavablandırılıb.