top
Quba və Qusarda 21 ölkədən tələbələr multikulturalizm dəyərlərini öyrəndilər
13 mart 2025, 11:33
- ↺ +

Quba və Qusarda 21 ölkədən tələbələr multikulturalizm dəyərlərini öyrəndilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan İdman Akademiyasının (AİA) İngilis dili üzrə Hazırlıq kursu tələbəsi, Mozambik vətəndaşı Yvie Natalia Macave “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbində iştirak edib.

Shimal.News  xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən Məktəb Bakı şəhəri ilə yanaşı Quba və Qusar rayonlarında da fəaliyyət göstərib.

XVI Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Mozambik, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan və Mərakeşdən olan 25 tələbə iştirak edib.

Məktəb iştirakçıları xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər. Həmçinin iştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış olublar, “Giləki” sinaqoqunu ziyarət ediblər. Bundan əlavə qonaqlar Heydər məscidində, Rus Pravoslav və Müqəddəs Məryəm Katolik kilsələrində, Tolerantlıq Evində olublar.

Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.

Bağlanış mərasimində məktəb iştirakçılarına sertifikatlar təqdim olunub.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər