Şimal bölgəsində meşə əraziləri tullantılardan təmizlənib.
ShimalNews xəbər verir ki, iməcilik Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba və İsmayıllı rayonlarında təşkil edilib.
“Təmiz ölkəm” devizi altında baş tutan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumları, yerli icra hakimiyyət orqanları, bələdiyyə nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyətin bu məsələyə diqqətinin artırılması ilə yanaşı tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.