Quba Heydər Əliyev Mərkəzində məktəblilər ekskursiyada olublar. Bu barədə ShimalNews 3 dekabr tarixində mərkəzə istinadən məlumat verir.
Ekskursiya 12 Dekabr - Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar baş tutub. Mərkəzə gələn Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri ümummilli liderin ömür yolunu əks etdirən eksponatlarla tanış olublar. Ekskursiyaçılara Heydər Əliyevin həyat fəaliyyəti haqqında ətraflı məlumat verilib.