ADPU-nun Quba filialına 2 yüzdən çox kitab hədiyyə olunub. Bu barədə ShimalNews 15 fevral tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 230 nüsxə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Kitabxana və elektron resurslar şöbəsinə təqdim edilib.