Ukrayna səfiri Vladislav Kanevski Qubada rəsmi səfərdə olub. Bu haqda ShimalNews 1 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Diplomat Quba Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə İlqar Mahmudovla görüşüb. İcra başçısı “Quba şəhəri (Azərbaycan Respublikası) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə”də nəzərdə tutulan tədbirlərlə əlaqədar qonaqla geniş fikir mübadiləsi aparıb.
Sonda Kanevskiyə rayon haqqında ətraflı məlumat verilib.