ADPU-nun Quba filialında keçirilən seminar dərsə Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi dəvət olunub. Bu barədə ShimalNews 28 noyabr tarixində universitetə istinadən məlumat verir.
Burada "Təhsil sistemləri və layihələrin idarə edilməsi" fənni üzrə "Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" mövzusunda seminar keçirilib. Tədbirə Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Dr. Nihat Böyükbaş dəvət olunub. Onlayn keçən dərsdə mütəxəssis Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralelliklərlə təhlil edib.
Sonda tələbələrin mövzu ilə əlaqəli sualları cavablandırılıb.