Azərbaycanın şimal bölgəsində yaşayan gənclər üçün “Turizmdə yeni nəfəs” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 4 fevral tarixində Quba Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat verir.
Təqdimatla çıxış edən DMT-nin direktoru təşkilatın fəaliyyət istiqamətləri, iş prinsipləri və həyata keçirilən layihələrlə bağlı məlumat verib, Quba-Qusar regionunda turizm marşrutları üzərində yerləşən əsas mədəni irs nümunələrini göstərib və onların əhəmiyyətindən danışıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
Tədbir Quba DMT, GİKM-nin Quba nümayəndəliyi və "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun təşkilatçılığı ilə baş tutub.