Qubada tibb müəssisəsi “Azəriqaz” İB-ni məhkəməyə verib. Bu barədə ShimalNews 26 dekabr tarixində FED.az-a istinadən məlumat verir.
İddia Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tərəfindən qaldırılıb.
Səbəb müqavilələrdən (istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələrdir.
İş Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Əliyevanın sədrliyi ilə araşdırılacaq.