Qubada qanvermə aksiyası keçirilib. Bu haqda ShimalNews 16 iyul tarixində məlumat verir.
Tədbir talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində təşkil edilib. Aksiyada RİH-nin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, din xadimləri, RİHB-nin İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.