Quba Tibb Kollecində “Sağlam həyat - sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 30 dekabr tarixində məlumat verir.
QİÇS ilə Mübarizə Mərkəzinin Quba Regional Laboratoriyasının mütəxəssisləri kollecin müəllim və tələbələrinə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, xəstəliyin yoluxma səviyyəsi, virusdan qorunmağın yolları barədə məlumat veriblər.
Tibb işçilərinin təşkil etdiyi səyyar müayinə məntəqəsində kollecin müəllim və tələbələri İİV-yə ekspres-testdən keçmək imkanından yararlanıblar. Müayinə ödənişsiz, anonim qaydada keçirilib.