ADPU-nun Quba filialında Debat təlimlərə başlanılıb. Bu barədə ShimalNews 10 dekabr tarixində universitetə istinadən məlumat verir.
Təlimləri keçirməkdə məqsəd debatları intensiv təşkil etməkdir. Təlim Tələbə Gənclər Təşkilatının (TGT) və filialın Tarix-coğrafiya müəllimliyi ixtisasının 2022-ci il məzunu Elvin Şükürovun təşkilatçılığı ilə baş tutur. Təlimin ilk günündə Debat klubun üzvlərinə ümumi məlumatlar çatdırılıb.
Təlimlər 1 ay müddətində davam edəcək.