Qubada 1 nömrəli orta məktəbin təhlükə saçan hasarının tikinti işləri başa çatmaq üzrədir. Bu barədə ShimalNews 4 mart tarixində Real TV-yə istinadən məlumat verir.
Uçma ehtimalı olan hasar Heydər Əliyev prospektində yerləşir. Burada yoldan hər gün çoxsaylı məktəblilər və digər sakinlər istifadə edirlər. Uzun müddət qəzalı olan 50 metrlik hasar sökülərək yenisi ilə əvəz edilir.
Quba təhsil sektorundan bildirilir ki, tikinti işləri yaxın günlərdə yekunlaşacaq.