Qubanın Susay kəndində narkotiklə mübarizə uğrunda tədbir keçirilib. Bu haqda ShimalNews 7 aprel tarixində Aynəddin Babayev adına məktəbə istinadən xəbər verir.
Maarifləndirmə polis kapitanı Samir Aydəmirov və polis leytenantı Coşqun İsmixanovun təşkilatçılığı ilə Susay kənd tam orta məktəbində baş tutub. Mövzu “Narkomaniyaya qarşı mübarizə”,Yeniyetmələrin hüquq pozquntuları və Erkən nikahlar” olub.
İştirakçılara narkotik maddələrin fəsadları və ona qarşı mübarizə, yeniyetmələrin hüquqları və onların pozulması, erkən nikahların fəsadları haqqında məlumatlar verilib. Sonda məktəbin direktoru Ziyafəddin Bədirxanov hər kəsə minnətdarlığını bildirib.