top
Quba Soyqırımı Memorial Kompleksində Açıq qapı günü təşkil olunub
19 may 2025, 09:52
- +

Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub

18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub.

Shimal.News xəbər verir ki, ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir, tarixi faktlarla daha yaxından tanış olmaq imkanı yaradılıb. Onlara məlumat verilib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub.

Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1,2 milyondan çox ziyarətçi qəbul edib. Bu ziyarətçilərin 200 minə yaxını əcnəbilərdir.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

 

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
15 sentyabr 2026, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
15 sentyabr 2026, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
15 sentyabr 2026, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
15 sentyabr 2026, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
15 sentyabr 2026, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
15 sentyabr 2026, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
15 sentyabr 2026, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
15 sentyabr 2026, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
15 sentyabr 2026, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
15 sentyabr 2026, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
15 sentyabr 2026, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Oxşar xəbərlər