Prezident İlham Əliyev tərəfindən "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalanıb.
Shimal.News xəbər verir ki, Sərəncamda Quba şəhərində "Soyqırımı memorial kompleksi" işçilərinin maaşının artırılması öz əksini tapıb.
Aylıq məvacib bu ilin yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Nazirlər Kabinetinə yeni məbləğləri təsdiq etmək tapşırılıb.