Qubada “Azəriqaz”-ın keçirdiyi “Açıq mikrofon” aksiyasında ümumilikdə 15 müraciət ünvanlanıb. Bu barədə ShimalNews 6 dekabr tarixində quruma istinadən məlumat verir.
Sakinlər qaz təchizatında üzləşdikləri çətinlikləri səsləndiriblər. Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçidinin quraşdırılmasını xahiş edib.
“Açıq mikrofon”da ünvanlanan 6 müraciət yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub.