Qubada aşkarlanan qanunsuz kömür quyuları ləğv olunub. Bu barədə ShimalNews 2 mart tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib. Nəticədə vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsalı aşkar edilib.
Faktla bağlı rayon sakinləri Salman Niftəliyev və Sakit Əbilov barədə qanunamüvafiq tədbirlər görülüb.