Şəhid Saleh Xələfovun nəşini qarşılamaq üçün sakinlər Qubanın girişində toplaşıblar. Bu haqda ShimalNews 6 aprel tarixində məlumat verir.
Gənclər parkının qarşısında nəşi qarşılamağa gələn insanların axını müşahidə edilib. Təhlükəsizliyi təmin etmək məqsədi ilə əraziyə polislər cəlb cəlb olunublar.
Əsgər Saleh Xələfovun nəşi yaşadığı Dəvədabanı yaşayış massivinə aparılır. Daha sonra Şəhidlər xiyabanında dəfn ediləcək.
19 yaşlı əsgər Saleh Xələfov ötən gün təlim atış çalışmalarında iştirak edib. Həmin vaxt ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində hərbçimiz həlak olub.