top
Quba sakinin təmir edib hələ köçmədiyi evi niyə yandı? – HADİSƏ ŞAHİDLƏRİ DANIŞIR
15 dekabr 2024, 18:32
- ↺ +

Quba sakinin təmir edib hələ köçmədiyi evi niyə yandı? – HADİSƏ ŞAHİDLƏRİ DANIŞIR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Alekseyevka kəndində 63 yaşlı Bədiyar Babayevə məxsus fərdi yaşayış evində partlayış və ardınca yanğın baş verib.

Shimal.News xəbər verir ki, alov qısa zamanda yeni inşa edilən birmərtəbəli evə yayılıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Alov söndürülüb, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evinin 40 kv.m.-i tamamilə yanıb. 

Partlayış nəticəsində ev sahibəsi 62 yaşlı Qərənfil Babayeva müxtəlif dərəcəli xəsarətlər alıb. Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən  yaralıya üzün, hər iki əlin və sağ diz oynağinin  I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub. Ona zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Ev sahibinin oğlu Xəyyam Babayev bildirib ki, yanğın partlayışdan bir müddət sonra başlayıb. Partlayış nəticəsində yaralanan anası Q.Babayevanı xəstəxanaya aparıb hadisə yerinə qayıdandan sonra evdə alışma baş verib: 

- “Anamı xəstəxanaya apardım. Sonra qonşuların köməyi ilə “Qazel” maşını həyətdən çıxardıq. Maşını çıxarandan sonra ev alışmağa başladı. Fövqəladə Hallar Nazirliyinə zəng vurduq, gəlib evi söndürdülər. Partlayış ana xəttdən qaz sızmasından baş verib. Evdə yaşayış yoxdur.”

Hadisə şahidi, zərərçəkənlərin qonşusu Taleh Babayev də hadisənin qaz sızması nəticəsində baş verdiyini bildirib:

- “Saat 08:40-da partlayış oldu. Həyətə qaçdıq. Üzbəüz qonşuyuq. Gördük ki, qonşu qadın xəsarət alıb. Evin qarşısından qaz xətti keçir. Vladimirovka, Zizik kəndlərinə gedən böyük qaz xəttidir. Orada yerin altından qaz fısqırırdı. Torpaqdan qaz çıxırdı. Çox güman ki, oradan sızan qaz zirzəmiyə dolub. Qadın işığı yandıranda partlayış olub. Amma heç bir yanğın yox idi. Yanğın sonradan başladı. FHN əməkdaşları gəlib söndürdü. Partlayış vaxtı evdə ana və qızı olub. 

Partlayış zamanı evin yaxınlığında olan Babayevlərə məxsus olan “Qazel” markalı nəqliyyat vasitəsinə də ziyan dəyib. Quba rayon Fövqəladə Hallar Komissiyasının və digər qurumların əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri və dəyən ziyan araşdırılır. Partlayış və yanğın baş verən kürsülü fərdi yaşayış evində yaşayış olmayıb. Babayevlər evlərini yeni təmir ediblər, hələ ki, həyətdəki köhnə tikilidə yaşayırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


 











View this post on Instagram























 

A post shared by SHIMAL NEWS (@shimal.news)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər