Quba sakininin udduğu “Volkswagen Polo” markalı avtomobilinin təqdimatı keçiriləcək. Bu barədə ShimalNews 22 dekabr tarixində məlumat verir.
Davudoba kənd sakini Taleh Təzminov Xaçmazda yerləşən “Euro” marketində 450 qramlıq çay alıb və hədiyyə qazanıb. Hazırda o və yaxınları Bakıdan gələcək tanınmış teleaparıcının gəlişini gözləyirlər ki, təqdimat baş tutsun.