Quba şəhərində bədbəxt hadisə baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Zöhrab Müslüm oğlu Ramazanov yaşadığı evin həyətindəki sanitar qovşağa təmir məqsədilə enib. Bu zaman orada quraşdırılan su qızdırıcı avadanlığından dəm qazı sızıb. Bu isə şəxsin zəhərlənərək ölməsinə səbəb olub.
Hazırda fakt araşdırılır.