Qubada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə ShimalNews 26 sentyabr tarixində DİN-ə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Nəticədə şəhər sakini N.Əzizov 470 qram marixuana ilə saxlanılıb. Məlum olub ki, o, əvvəllər də məhkum olunub.