Quba şəhərində dəm qazından zəhərlənmə olub.
Shimal.News xəbər verir ki, şəhərin Fətəli Xan küçəsində yaşayan 1951-ci il təvəllüdlü Ağasıyeva Məryəm Əzibala qızı zəhərlənmə əlaməti ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, Ağasıyeva Məryəm yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.