top
Quba sakini bacısını söyən tanışını boğmaq istədi — TƏFƏRRÜAT
18 iyun 2025, 16:54
- ↺ +

Quba sakini bacısını söyən tanışını boğmaq istədi — TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.аz-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 24-də, saat 21 radələrində Quba rayonunun kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Əfqan qonşusu və tanışı Pərviz (adlar şərtidir – red.) ilə aralarında yaranmış mübahisə zamanı qəsdən onun sifət nahiyəsinə yumruq zərbəsi endirib. Bununla da onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, dekabrın 24-də yaşadığı evdə olan zaman qonşuluğunda yaşayan Pərviz adlı şəxsin bacısı Səmayəni söyüb təhqir etdiyini və onun ünvanına nalayıq ifadələr işlətdiyini eşidib:

“Bu səbəbdən yaşadığım evdən çölə çıxdım. Bu zaman Pərviz yaşadığı evə getdi. Bundan sonra onun yaşadığı evin qarşısına getdim və nə səbəbə bacımı söydüyünü soruşdum. Pərviz  yenidən mənim bacım haqqında nalayiq ifadələr işlətdi, məni təhqir etdi. Bu zaman əsəbləşərək Pərvizin boğazından tutaraq yerə yıxdım və yumruqla onu vurdum. Bu hadisədən sonra oradan uzaqlaşaraq yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Pərvizin sözlərinə görə, saat 21 radələrində həmkəndlisi Əfqan onun yaşadığı evə gəlib və ona bacısı Səmayə haqqında nalayiq ifadələr işlətdiyini deyib, mübahisə etməyə başlayıb:

“Mübahisə zamanı Əfqan sifət nahiyyəmdən bir dəfə yumruqla vurdu, məni boğazımdan tutaraq yerə yıxdı. Sonradan arvadım ora gələrək bizi ayırdı. Bu zaman Əfqan oradan uzaqlaşdı. Mübahisə zamanı Əfqana heç bir xəsarət yetirməmişəm, nədə onun bacısı Səmayə haqqında hər hansı nalayiq ifadələr işlətməmişəm”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.

Hökmə əsasən, Əfqanın Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilib.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər