Quba şəhərində saat 17:15 radələrində yanğın qeydə alınıb. Bu barədə ShimalNews 4 yanvar tarixində məlumat verir.
Heydər Əliyev prospektində Səkinəxanım məscidi ilə üzbəüz yataqxanada yanğın başlayıb. Əraziyə FHN-in xilasedici bölmələri və polis əməkdaşları cəlb olunublar.