Qubalı məktəblilər görkəmli şair Ramiz Qusarçaylı ilə görüşüblər. Bu barədə ShimalNews 14 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Çartəpə kənd tam orta məktəbində baş tutan görüşdə şəhid valideyni Ç.Məmmədov, qazi T.Quliyev, müharibə iştirakçısı R.Baxışov iştirak ediblər. Məktəb direktoru Ramiz Qusarçaylının yaradıcılığı barədə iştirakçılara məlumat verib. Daha sonra şair "Vətən" poemasının yaranma tarixindən danışıb, "Azərbaycan bayrağı" şeirini səsləndirib.
Sonda məktəb direktoru B.Beybalayev şairi məktəbin Fəxri Fərmanı ilə təltif edib. O isə məktəbə və şagirdlərə öz kitablarını hədiyyə verib.