Qubada keçirilən şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar. Bu barədə ShimalNews 4 mart tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
05 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışda 76 idmançı mübarizə aparıb. 7 turdan ibarət olan birinciliyin qalibləri Quba rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif ediliblər.