Rəfail İldam oğlu Şeydayev 1 avqust 2000-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub.
Shimal.News xəbər verir ki, o, 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 8 oktyabr tarixində qəhrəmancasına şəhid olub.
R.Şeydayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.