Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Quba şəhidi bu gün dəfn olunacaq.
Shimal.News-un məlumatına görə, şəhid Murad Məlikməmməd oğlu Vəliyevin cənazəsi Quba şəhərinin girişində, “Gənclər parkı”nın qarşısında qarşılanıb.
Qeyd edək ki, şəhid Vəliyev Nütəh kənd qəbiristanlığında torpağa tapşırılacaq.