Quba şəhərində yanğın qeydə alınıb.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 48 kv.m sahədə və içərisində olan əşyalar yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.