Quba, Şabran və digər rayonlarda meşə fondunun ərazilərinə 178 mindən artıq ağac əkilib. Bu haqda ShimalNews 8 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, ümumilikdə 18 hektar ərazidə 20 min ağac tingi əkilib, bir tondan artıq toxum səpilib:
“Şabran rayonunun yay aylarında yanğına məruz qalmış meşə fondu ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional bölməsinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri aparılıb, göyrüş tingləri əkilib, palıd toxumları səpilib”.