Quba rayonunun bir hissəsində sabah qaz təchizatında fasilə yaranacaq. Bu haqda ShimalNews 31 iyul tarixində məlumat verir.
Pirvahid kəndində istismarda olan qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, 361 abonent qazsız qalacaq. Fasilə 1 avqust saat 10:00-dan etibarən işlər tamamlanana qədər davam edəcək.