Vaxtı ilə Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi işləmiş E.Çələbiyev vəzifədən kənarlaşdırılıb. Bu barədə ShimalNews 10 fevral tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
Polis polkovnik-leytenantı Emin Çələbiyev 2017-ci ildə Qubadan paytaxta təyinat alaraq, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, artıq daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılaraq sərəncama götürülüb.