Qubada narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews 28 sentyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən
məlumat verir.
Tədbir 1-ci Nügədi kənd tam orta məktəbində təşkil edilib. Mərasimdə polis əməkdaşları, veteranlar, RİH-nin nümayəndəsi, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Qonaqlara narkomaniyanın fəsadlarından bəhs edən videoçarx təqdim edilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.