Quba Rayon Mərkəzi Xəstəxanasında aparılan maliyyə yoxlaması zamanı ciddi nöqsanlar aşkarlanıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, yoxlamaların nəticəsində xəstəxananın baş mühasibi Elşən Babayev vəzifədən azad edilib.
Buna səbəb isə onun külli miqdarda vəsaiti mənimsədiyi iddia edilir. Hal-hazırda faktla bağlı araşdırma davam edir.